Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Həbsxanaları ağzına qədər dolu olan ölkədə ədalət olmaz" -Kamal Kılıcdaroğlu

Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan İstanbula doğru bugünlük böyük etiraz yürüşü başa çatıb.

Yenixeber.org:  Türkiyə mediasına istinadən xəbərə görə, "Ədalət yürüşü” adı verilən aksiya dünən CHP millət vəkili, “Hürriyet” qəzetinin sabiq baş redaktoru Enis Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq keçirilir.

Minlərlə tərəfdarı ilə birlikdə 20 kilometrlik piyada yürüşdən sonra Əryamana çatan Kamal Kılıcdaroğlu orada yeni açıqlamalar verib. O deyib kİ, bu gecə Əryamandakı Hipodromda tərəfdarları ilə birlikdə qalacaq.

Daha sonra o, Prezident Ərdoğanın siyasətini sərt tənqid edib:

"Bir dəfə  təyyarədə məclis sədrinə "150-dən çox qəzetçinin həbsdə olduğu bir ölkədə siz demokratiyanı dünyaya anlada bilməzsiniz", – dedim. Gerçəkdən də belə demokratiyanı dünyaya anlada bilməzlər. Dünyada bilinən bir gerçək var, o da Türkiyədə demokratiyanın olmamasıdır".

Kılıcdaroğlunun sözlərinə görə, Türkiyədə jurnalistlərin, deputatların həbsdə olmasını istəmirlər: "Biz bir diktatura idarəçiliyi ilə üz-üzəyik. Ədalətin olmadığı ölkədə yaşamaq istəmirik. Ədalət axtarırıq. Həbsxanaların ağzına qədər dolu olduğu bir ölkədə ədalət olmaz. Ədalətin olmadığı bir yerdə sülh olmaz. Artıq yetər deyirik!​".

Kılıcdaroğlu sonda onu da deyib ki, belə etiraz aksiyaları ilboyu davam etdiriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam