Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ət 1 manat ucuzlaşdı -VİDEO

 

“12 manata qədər bahalaşmış dana ətinin qiyməti düşür. Müxtəlif yerlərdə fərqli qiymətlər olsa da, ümumilikdə ətin qiyməti 1 manat, 1 manat 50 qəpiyə qədər ucuzlaşıb. Qəssablar yaxın vaxtlarda qiymətin daha da ucuzlaşacağını deyir”.

Yenixeber.org:   “Xəzər xəbər”ə istinadən xəbərə görə, qoyun və quzu əti də 1 manat ucuzlaşıb. Bunun bir neçə səbəbi var. Əvvəla örüşlər cücərdiyindən artıq heyvanlar yem yemir, bu da heyvan sahibini yem xərcindən azad edir. Üstəlik, heyvan bazarında bolluq var.

 

Ətlik heyvanlar daha çox Ağcabədi, Bərdə, Beyləqan, İmişli rayonlarından gətirilir. Heyvanın paytaxta qədər gəlib çıxması, həmçinin yol xərcləri nəzərə alındıqda ətin bir kilosu qəssablar üçün təxminən 9 manata başa gəlir.

 

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Azərbaycanda il ərzində 300 min ton ət istehsal olunur ki, bu da təlabatın 90 faizini ödəyir. Qalan 10 faiz  isə xarici ölkələrin hesabına ödənilir. Qəssablar deyir ki, dolların bahalaşmasına görə xaricdən gətirilən heyvanlar son vaxtlarda azalıb. Dollar ucuzlaşarsa ordan gətirilən heyvanlar da ətin daha da ucuzlaşmasına səbəb olar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam