Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Manat möhkəmlənir, amma qiymətləri aşağı salmırlar”-EKSPERT ŞƏRHİ

 

“Fevralın 3-də manatın dollar kursu əvvəli günə nisbətən 1.9200-dən 1.911-dək dəyişdi. Nəticədə, manat bü günə 1.7548 məzənnəsi ilə daxil oldu”.

 

Yenixeber.org:  Bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov manatın yenidən möhkəmlənmə səbəblərinə toxunub:

 

“Xatırlayırsınızsa, manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalamalarını olacağını demişdilər. 1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur. Xüsusən də, idxal olunan malların qiymətinin enməməsi və ya enidirlməməsi təəccüb doğurmaya bilməz. Əvvəlki, günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə, artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür”.

 

Mütəxəssis bildirir ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətinin artıran sahibkarlar, indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər:

 

“Mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil. Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam