Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Şuşa Bəyannaməsi işə düşə bilər"

Türkiyəli general: Şuşa Bəyannaməsi işə düşə bilər

Bu gün günorta saatlarına yaxın İran tərəfindən Naxçıvan istiqamətinə dronlarla hücum edilib. Hadisə nəticəsində 4 nəfər mülki şəxs yaralanıb. Dron hücumuna Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlikləri rəsmi reaksiya veriblər.

Yenixeber.org: Hücumun əvvəlcə Türkiyəyə, sonra isə Azərbyacana edilməsi diqqət çəkir. Və bu Şuşa Bəyannaməsinin işə düşüb-düşməyəcəyini aktuallaşdırır.

Türkiyəli general Yücel Karauz bildirib ki, İranın Naxçıvanı vurması insanlıq əleyhinə cinayətdir:

“Bir gün əvvəl Türkiyə hava məkanına qarşı ballistik raket atışı, ardınca bu gün Naxçıvanda mülki ərazilərə yönələn hücum qəbuledilməzdir. Xüsusilə də, Naxçıvanda hava limanının vurulması, dronlardan birinin məktəb yaxınlığına düşməsi mülki infrastruktura yönəlmiş insanlıq əleyhinə cinayətdir. İran öz ərazisindəki məktəbə hücumu və nəticədə qız uşaqlarının ölməsini insanlıq əleyhinə cinayət kimi qiymətlədirdi. Belə olan halda hazırki məqamda özünün belə bir addım atması çox səhv və düşməncəsinə yanaşmadır”.

İran Türkiyə və Azərbaycanın səbrini sınamamalıdır:

“Azərbaycan və Türkiyədə başda cənab prezidentlər olmaqla, bütün dövlət qurumları ayıqdır, kriz mərkəzləri iş başındadırlar. Hər cür havadan və qurudan gələ biləcək təhdidlərə qarşı da hazır vəziyyətdədir. Anqajman (öhdəlik) qanunlarına əsasən lazımi hərbi, diplomatik reaksiyaları verəcəkdir. İranda mərkəzdənkənar müəyyən qruplar Türkiyə və Azərbaycanın səbrini, birlik bərabərliyini, Şuşa Bəyannaməsinin tətbiq edilib-edilməyəcəyini sınamaq istəməkdədirlər. Şuşada qalxan birlik-bərabərlik ruhunu sınamasınlar. Körfəz ölkələrindəki kimi qarşılıq gözləsələr, yanılırlar. İran üçün ən böyük stratejik xəta Türkiyə və Azərbaycanı qarşısına almaqdır”.(modern) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam