Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kiyev vilayəti kütləvi şəkildə atəşə tutuldu -evlər yanır

Rusiya Kiyev və vilayəti kütləvi şəkildə atəşə tutub, evlər yanır
Fevralın 22-nə keçən gecə Rusiya qüvvələri dronlar və raketlərdən istifadə edərək Kiyevə kütləvi hücum həyata keçirib.

Yenixeber.org: Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Hücum nəticəsində Svyatoşın rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, binanın damında yanğın yaranıb.

Paytaxtda hava həyəcanı elan olunub. Kiyev Şəhər Hərbi Administrasiyası paytaxtın yaxınlığında Rusiyay məxsus dronların qeydə alındığını bildirib. Sonra Ukrayna Hərbi Hava Qüvvələri Kiyevə qarşı təkcə pilotsuz aparatların deyil, həm də qanadlı raketlərin hücumunun davam etdiyini açıqlayıb.

Hazırda mümkün itkilər və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisə yerində təcili xidmət əməkdaşları işləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam