Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Rəşid Behbudovun kürəkənindən Polad Bülbüloğluna ağr İTTİHAMLAR...

Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ

1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu (təkcə kinonu deyil) dağıdan, Ramiz Mehdiyevlə respublikanın bütün kinoteatrlarını (o dövrdə Azərbaycanda 100-lərlə kinoteatr var idi) satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə hədiyyə edən, Şıxovda keçmiş SSRİ-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edib üstündən su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlığını ("sehirli" çubuğu ilə) nazirliyin balansından sildirən, “Kinoprokat” kimi böyük bir strukturu ləğv edən (“Kinoprokat”ın müdirini işdən çıxara bilmədi deyə, idarəni ləğv etdi), əmlakını isə "spisat" edən birinə nə düşüb görəsən, kinoya pul ayrılmasının vacibliyindən danışır?”.
Yenixeber.org: Məlumata görə, bu ittihamları Rəşid Behbudov Fondunun direktoru, dünya şöhrətli müğənninin kürəkəni Kamil Şahverdi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu haqqında səsləndirib.“Nəhayət ki, başa düşdüm. Yadıma düşdü ki, bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz Mehdiyev vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi deyəsən... Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib.

Başqa səbəb isə odur ki, gələn il millətimizi aşağılayan "Qorxma, mən səninləyəm" filminin 3-cü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər.

İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə vecinədi ki, gələn il kinoya pul ayıracaqlar ya yox...”
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin dünənki iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı kinoya kino sahəsinə pul ayrılmamasına etiraz edib.
“Kinoya heç bir vəsait ayrılmaması çox ciddi təhlükə yaradır. Çünki kino elə bir istehsaldır ki, orada elə mütəxəssislər çalışır ki, onlar olmasa, kino yaratmaq mümkün olmayacaq. Bunun üçün də bu sahəyə bücə ayrılması önəmlidir” – deyə komitə sədri bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam