Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. -Zaman Novruzov açılışda-VİDEO

 Məlum olduğu kimi, “Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində  iki nəfər meyiti çıxarılıb.

Yenixeber.org: Məlumatlara əsasən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun meyitləri aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”, – Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun  məlumatda deyilir.

Asəf Əsədullayev küçəsində yerləşən avtomobil tunelinin “Azərbaycan Dəmir Yolları” QSC-i  2020-ci ildə inşa edib.

Açılışda  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov və qurumun digər rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə bildirilib ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu 68 metrdir. Burda avtomobillərlə yanaşı, piyadaların hərəkəti üçün səki də salınıb. Bu isə tuneldən piyadaların da keçid kimi istifadə edə bilməsinə imkan verəcək.

Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb.  Qeyd edək ki, Sabunçu qəsəbəsində tikinti işlərinə 2019-cu ilin avqustun 23-dən başlanılıb.

Qeyd edək ki,  2015-2022-ci illərdə  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov olub.

Hal hazırda  isə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.

Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumatında bilrilir ki, 2022-ci ildə Sabunçu qəsəbəsində Asif Əsədullayev küçəsi əsaslı təmir edilib.

Göründüyü kimi, tunelin inşa edən “Azərbaycan Dəmir Yolları” QSC-də ciddi yoxlama aparılması artıq dövlət qurumlarının səlahiyyətindədir.(xalq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam