Latviya Prezidenti Edqars Rinkeviçs velosipeddən yıxılaraq sağ əlinin biləyini və sol əlinin barmağını sındırıb.
Yenixeber.org: Bu barədə “Delfi” portalı məlumat yayıb.
Rinkeviçsin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martins Dregerisin jurnalistlərə verdiyi məlumata görə, xəsarətlər dövlət başçısının işinə təsir etməyəcək.