Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Bayraktar”lara qarşı “Krasuxa”lar İŞƏ SALINDI - Artilleriya səsləri eşidilir - FOTOLAR

SON DƏQİQƏ! “Bayraktar”lara qarşı “Krasuxa”lar İŞƏ SALINDI – Artilleriya səsləri eşidilir – FOTOLAR 

Ukraynanın şərqində, Donbass münaqişə zonasında ötən gün səhər saatlarından etibarən başlayan eskalasiya artmaqdadır. Ukrayna tərəfi bildirir ki, separatçı “Donetsk və Luqansk xalq respublikaları” qüvvələri iriçaplı artilleriyanı və minaatanları tətbiq etməklə atəşkəs rejimini 60 dəfədən çox pozublar. O cümlədən Rusiya istehsalı olan “Orlan-10” pilotsuz aparatının təmas xəttini keçərək Ukrayna ordusunun mövqelərində müşahidə apardığı bildirilir. Ukraynanın Donbassdakı Birləşmiş Əməliyyat Qüvvələrinin qərargahından verilən məlumatda deyilir ki, atəşkəsin bu cür pozulması son bir neçə ildə qeydə alınmamışdı.

Yenixeber.org: O cümlədən separatçılar atəşkəsin pozulmasına görə Ukrayna tərəfini günahlandırır, bildirilir ki, “Ukrayna ordusunun hücumlarından qorunmaq üçün” Donetsk ətrafındakı yaşayış məntəqələrindən əhalinin təxliyəsi aparılır. Habelə separatçıların nəzarətindəki bölgələrdə Rusiyanın “Vodofon” şirkətinin mobil rabitə şəbəkəsinin işində problem yarandığı da bildirilir.

Çox güman ki, Donetsk və Luqanskda mobil rabitənin kəsilməsi Rusiya ordusunun Ukrayna ilə sərhəddə radioelektron mübarizə sistemlərini, o cümlədən “Krasuxa-2” və “Krasuxa-4” komplekslərini tətbiq etməsi ilə bağlıdır. “Popular Science” nəşrinin yazdığına görə bu komplekslər mobil rabitəni, habelə radarların siqnallarını bloklayır. Bu komplekslər indiki halda həm Ukrayna ordusunun bölmələri arasında rabitə əlaqəsini pozmaq, həm “Bayraktar TB2” pilotsuz zərbə təyyarələrinin uçuşlarını əngəlləmək üçün tətbiq edilə bilərdi.

Ukrayna Ali Radasının deputatı, NATO Parlament Assambleyasındakı Ukrayna nümayəndə heyətinin rəhbəri Yeqor Çernov Donbassda baş verənləri Rusiyanın “bəhanə yaratmaq cəhdləri” adlandırıb. Onun sözlərinə görə, hazırda Rusiya Minsk razılaşmasından çıxmağa və qondarma “respublikaları” tanımağa bəhanə axtarır. Vəziyyətin kəskinləşməsi də bu bəhanəni əldə etmək məqsədi güdür.

Son məlumatlara görə təmas xəttində vəziyyət gərginləşməkdə davam edirdi və tərəflər bir-birini artilleriya zərbələri endirməkdə günahlandırırdı./virtualaz/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam