Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

KREMLİN “BAYRAKTAR” QORXUSU –Ukrayna Türkiyədən daha dörd dron kompleksi alacaq

Ukrayna silahlı qüvvələri 26 oktyabrda Donbasdakı döyüş zonasında Türkiyənin “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatından ilk dəfə istifadə edib. Ukrayna hərbçilərinin məlumatına görə, ”Bayraktar TB2”-dən Donetsk vilayətinin Qranitnoye qəsəbəsi yaxınlığından atəş açan separatçıların artilleriya qurğularına zərbə endirilib.

Yenixeber.org: Ukrayna silahlı qüvvələrinin Baş Qərargahından bildirilir ki, Ukrayna hərbçilərinin Qranitnoye rayonundakı mövqelərinə “D-30” haubitsalarından atəş açılıb. Nəticədə iki hərbçi yaralanıb, bir nəfər isə həlak olub. ”Bayraktar TB2”-nin zərbələri nəticəsində haubitsalar məhv edilib. Ancaq Ukraynanın döyüş dronu tərəflər arasındakı təmas xəttni keçməyib.

“Bayraktar TB2” dronu Donbasdakı döyüş zonasında hələ 2021-ci ilin sentyabrında görünüb. Ukrayna hələ 2018-ci ilin noyabrında Türkiyədən 69 milyon dollar dəyərində yüksək dəqiqli “MAM-L” aviabombaları ilə təchiz olunmuş “Bayraktar TB2” PUA-ları alıb. Bu müqaviləyə altı döyüş dronu, iki idarəetmə stansiyası və 200 idarəolunan raket daxil edilib.

 

 

Sonradan məlum olub ki, Ukrayna Türkiyədən daha dörd “Bayraktar TB2” dron kompleksi alacaq. Hər bir kompleksə altı PUA daxildir. Beləliklə, Ukraynanın daha 24 ədəd PUA alması planlaşdırılır. Ukraynalı hərbçilər 2021-ci ilin aprelində “Bayraktar TB2”-ni irimiqyaslı taktiki təlimlərdə sınaqdan çıxararaq, düşmən texnikasının yerini aşkarlayıblar. Bu ilin yayında Ukrayna “Bayraktar TB2” dronunu ilk dəfə NATO-nun “Sea Breeze” təlimlərində istifadə edib. 

Kremldən bildirirlər ki, əgər hadisələr bu istiqamətdə gedərsə, vəziyyət qarışacaq. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Bayraktar TB 2”-nin Donbasdakı separatçı yaraqlılarına endirdiyi zərbəni şərh edib. Peskov deyib: ”Bizim həqiqətən də Türkiyə ilə yaxşı münasibətlərimiz var, amma indiki halda, təəssüf ki, bu cür silahların Ukrayna hərbçilərinə verilməsi təmas xəttində sabitliyin pozula biləcəyi ilə əlaqədar bizim gözləntilərimizi təsdiqləyir. Bu, Ukraynanın daxili probleminin həllinə kömək etmir”.

Türkiyə dronları yüksək hündürlükdə 24 saat ərzində dayanmadan uça bilmək və radarlara yaxalanmamaq özəlliyinə malikdirlər. Onlar raketlər və ağıllı bombalarla təchiz olunublar. Bu PUA-lar real uçuş zamanı döyüş arenasından hərbi bazalara birbaşa foto və video materiallar göndərir. 

Nəhayət, ”Bayraktar TB2” yüksək manevrliliyi və həm də, istər statik, istərsə də hərəkət edən hədəfləri vurmaq qabiliyyəti ilə seçilir.

“Korrespondent.net” – (Ukrayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam