Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“İsgəndər”lər Uzaq Şərqdən Ukraynaya daşınır?-İDDİA

Conflict Intelligence Team (CIT) istintaq qrupu sosial şəbəkələrdə Şərq Hərbi Dairəsindən qərbə “İsgəndər” raket sistemlərinin ötürülməsini əks etdirən videolar aşkar edib.

Yenixeber.org: Conflict Intelligence Team-in təsisçisi Ruslan Leviev “Dojd” telekanalına müsahibəsində bildirib ki, son bir neçə gün ərzində onlar “İskəndər-M” kompleksinin hərəkətini əks etdirən üç video tapıblar. Videolarda nəqliyyat vasitələrinin brezentlə örtüldüyünü göstərilib və bu, hərbçilərin texnikanın keçirilməsi faktını gizlətməyə çalışdığını deməyə əsas verir. Buna baxmayaraq, brezentin altındakı obyektin konturları görünür və bu, raket sistemlərini görməyə imkan verir, Leviev iddia edir.

Həmçinin bildirilir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi bölmələrin köçürülməsini “qəfil yoxlama” ilə izah edib.

 

Peyk görüntülərini tədqiq edən qərb ekspertləri iddia edirlər ki, Rusiya Müdafiə Nazirliyi Voronejdəki “Baltimor” aviabazasına Su-34 ön xətt bombardmançıları yerləşdirib. Aviasiya bazası Ukrayna sərhədindən cəmi 180 km aralıda yerləşir və bu, Rusiya təyyarələrinə təkcə sərhəd zonasında deyil, həm də Ukrayna ərazisinin dərinliklərindəki hədəflərə zərbə endirmək imkanı verir.

Xatırladaq ki, cümə günü Ağ Evin mətbuat katibi Cen Psaki bildirmişdi ki, ABŞ-ın fikrincə, Rusiya fevralın ortalarına qədər Ukraynaya işğala başlaya bilər. Psaki “Rusiya hökumətinin işğala hazırlaşmasından” narahatlığını ifadə edib: “Biz bunu əvvəllər də görmüşük, bu, bizi 2014-cü ilə aparır”.

Həmçinin cümə günü, adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən CNN, Rusiyanın “Ukraynanın şərqində fərqli bayraq altında əməliyyat keçirmək” üçün işçi qrupuna təlim keçdiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatları şərh edərkən onların heç nə ilə təsdiqlənmədiyini və əsassız olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam