Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Türkiyə "F-16"larının Polşada ilk uğuru: -Rusiya təyyarəsi "tutuldu"- FOTO

Türkiyə "F-16"larının Polşada ilk uğuru:   Rusiya təyyarəsi "tutuldu"-   FOTO
Türkiyənin "F-16" qırıcıları Polşada ilk patrul xidmətini uğurla həyata keçiriblər. Belə ki, NATO hava patrulu missiyası çərçivəsində Polşanın şimalında yerləşdirilən "F-16" qırıcıları iyulun 20-də naməlum təyyarəni "tutublar".
Yenixeber.org: Bu barədə NATO Hava Komandanlığı "Twitter"də məlumat yayıb.
"Türk "F-16"-ları iyulun 20-də Malbork hava bazasında (Polşa-red.) hava patrulu missiyası çərçivəsində naməlum bir təyyarəni "tutmaqla" özünün ilk əməliyyatını reallaşdırıb",- məlumatda qeyd edilir.

Bildirilir ki, qırıcılar müttəfiqlərin hava sahəsini qorumaq, uçuş planı və ya transponder uçuşu olmayan təyyarələri təyin etmək üçün gecə-gündüz çalışırlar.



"Ukrinform" isə yazıb ki, "Twitter"də yayımlanan şəkillərdə "naməlum təyyarə"nin Rusiyanın dəniz kəşfiyyatı üçün istifadə edilən "İl-38"i olduğu aydın görünür.

Xatırladaq ki, iyulun 6-da dörd Türkiyə "F-16" çoxfunksiyalı qırıcısı xüsusi patrul missiyası üçün Polşaya gələrək Malbork hava bazasına enib. Missiya çərçivəsində İtaliya Hərbi Hava Qüvvələrinin döyüşçüləri hazırda Estoniyada, İspaniyanın Hərbi Hava Qüvvələri isə Litvada yerləşiblər.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam