Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sahil Babayev Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünü kəsdi: "Göstəriş nazirlikdən gəlib"

 

 "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 ildən artıqdır  erməni girovluğunda  saxlanlılan Dilqəm  Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın  təqaütü kəsilib." 
Yenixeber.org: Bu fikirləri  Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bölgə müxbirimizə bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı ƏƏSMN nin Şəmkir rayonunda yerləşən 20 saylı Region Üzrə Dövlət Əmək Müfəttişliyində olub.
"Mənə dedilər ki, anamın təqaütünün kəsilməsi ilə bağlı göstəriş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gəlib. İndi mən nazir  Sahil Babayevə müraciət edirəm. Niyə 6 ildən artıqdır erməni əsirliyində olan Dilqəm Əsgərovun həyat yoldaşının 220 manatı kəsilib? Axı dövlət başçısı dəfələrlə şəhid, qazi və girov ailələrinə diqqət və qayğı ilə yanaşılması istiqamətində tapşırıqlar verib. Məmurların vətəndaşlara yaxın olmasını tapşırıb. Təəssüf ki, bu tapşırıqlar yerlərdə yerinə yetirilmir. Görünür Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənim anama verilən 220 manata ehtiyacı var" - deyə K.Əsgərov bildirib.
Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı.(7NEWS.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam