Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

GDU-da kitab təqdimatı keçirilib

   "Xeberinfo.com": 29 noyabr 2014-cü ildə Gəncə Dövlət Universitetinin akt zalında görkəmli yazıçı, əməkdar jurnalist. 40 kitabın müəllifi, “Yüksəliş” qəzetinin redaktoru Qərib Mehdiyevə Türk Dünyası Araşdırmaları Beynəlxalq  Akademiyasının Fəxri doktoru diplomunun və ”Altun yıldız” medalının, eyni zamanda  Elçin-el üçün” və “Uzun yol boyu” adlı kitablarının təqdimatı keçirildi.


Təqdimat mərasimini giriş sözü ilə açan elm və texnika üzrə prorektor Pərvin Kərimzadə Qərib Mehdiyevin bir şəxsiyyət olaraq yaradıcılığının böyüklüyündən, redaktor kimi Universitetin həyatında oynadığı roldan bəhs edərək, rektor Yusif Yusibovun səmimi təbrikini və hədiyyəsini yazıçıya çatdırdı.

Tərbiyə işləri üzrə prorektoru Asif CavadovUniversitetin kollektivi adından səmimi sözlərini deməklə bərabər, alqışlar altında Türk Dünyası Araşdırmaları Beynəlxalq  Akademiyasının Fəxri doktoru diplomunu sahibinə təqdim etdi,  fəxri xalatı geyindirdi və fəxrlə ”Altun yıldız” medalını sinəsinə taxdı.


Bundan sonra söz Azərbaycan Yazıçılar birliyinin Gəıncə bölməsinin sədri, şair Xəzangülə verildi. Sədr qısa şəkildə Qərib Mehdiyevin yaradıcılıq uğurlarından, Azərbaycan ədəbiyyatında onun mövqeyindən bəhs etdi. Gəncə və ətraf rayonlardan təqdimata gəlmiş yazarlar, o cümlədən Aləmzər, Bahadur Fərman, Aydın Murovdağlı, Barat Vüsal, Sabir Həsənzadə, Səyavuş Kamalov, Nüşabə Məmmədova, Fazil Sənan, Suğra İbrahimqızı, İnqilab İsaq və başqaları böyük həvəslə hər iki kitabda qoyulan bədii və ictimai qayədən, Qərib Mehdiyevin  yaradıcılıq dünyasından, sənətkar ustalığından, üslub orijinallığından, bütün əsərləri ilə xalqa, torpağa bağlılığından söz açdılar.

Təqdimat yüksək səviyyədə, olduqca xoş təəssüratla yekunlaşdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam