Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Azərbaycan manatının ilk eskizini HAZIRLAYAN:- “Bu, dünyaya mesaj idi”

 

Bu gün Azərbaycan manatının 25 yaşı tamam olur.

Yenixeber.org-un məlumatına görə, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılıb.

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşıb.
İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

Modern.az saytı Azərbaycan manatının ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə ilə əlaqə saxlayıb. 

Eldar Mikayılzadə 25 il bundan əvvəl elan olunan konkurs zamanı eskizlərinin yer tutduğunu öyrəndiyini deyib.

“O vaxt kiçik konkurs elan olundu. Mən də eskizlərimi təqdim etdim. Dövlət Komissiyası eskizlərimi bəyənib məni dəvət etdi və eskizlərim ilk manatımızın üzərində öz əksini tapdı. Təbii ki, bir çox insan eskizlərini təqdim etmişdi. Həm də bizə heç kəsin eskizləri göstərilmirdi.

Xəbərsiz idik. Sonra məni dəvət etdilər ki, bunu siz edin. İş prosesində hər şey dəyişdi. Həmin vaxt ölkədə maliyyə problemləri vardı.

Həmin vaxtlar Milli Bankın sədri Qalib Ağayev, baş nazir isə Həsən Həsənov idi. İlk eskizlərin hazırlanması Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı dünyaya verdiyi mesaj idi. O vaxt SSRİ-dən ayrılmış respublika üçün bu böyük hadisə idi. Heç də müstəqil valyutanı dövriyyəyə buraxmaq asan məsələ deyildi. Azərbaycan bu məsələdə də ilklərdən olmuşdu”.
Eldar Mikayılzadə ilk eskizlərin üzərində olan dahi şəxsiyyətlərdən də söz açıb.

“İlk eskizlərin arasında Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Üzeyir Hacıbəyov, Füzuli, Mirzə Ələkbər Sabirin şəkli vardı. Lakin maliyyə problemləri olduğundan şəkillərin sayını azaltdılar.
Nəhayət iki şəklin üzərində-Məhəmməd Əmin Rəsulzadə və Nizami Gəncəvidə dayandılar. İlk eskizlərimdə Azərbaycanın bölgələri- floradan tutmuş faunaya qədər əhatə olunmuşdu. Qeyri-adi bir gözəl mənzərə alınmışdı. Lakin maddi imkana görə bu, sadələşdirildi”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam