Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gülə-gülə ağlayıram

 

Qəh-qəhə çəkərəm,

Gözlərim ağlayanda ürəyim gülsün.

Göz yaşını sil deyib,

İstezalı baxışla,

Gözümdən kirpik çalıb,

Qaradan, qara bir sürmə sürsün.

Dönsün keçmişə desin gülə-gülə...

Sən nələr etmisən məhs bilə-bilə.

Dərdin nəşəsindən bihuş olmusan,

Əzilə-əzilə, qəh-qəhələrlə

Özündən, özünə axıb dolmusan.

Gülə-gülə ağla sən,

Kimsəyə yanma,

Önündə əyilən olsa,

Ona inanma.

Gülə-gülə ağla sən,

Həyatı gülüşünlə dağla sən.

Həyat, sən deyildinmi?...

Sinəmi dağ-dağ edib,

Məni, can evimdən vuran.

Yıxıb sürümüsən,

İndi isə vəfa uman.

Mən dözdüm axx, nələrə,

Çünki ürəkdim.

Bir sevən könüldə arzu, diləkdim.

Təhamülüm yox artıq,

Xəstə düşmüşəm.

Həyatın od-alovunda,

Qovrulmuşam, bişmişəm.

Yorulmuşam, doymuşam

Məndə həyat olsa da indi,

Özüm payız gülü tək

Saralmışam, solmuşam.

Anlamadım, bilmədim,

Niyə axı, ey həyat

Mən səndən doymuşam,

Yaşamadım mən...

Boşuna verdim illərimi,

Demək kormusam?!...

Mən daha gülə-gülə ağlayıram,

Gücüm yetir özümə,

Özümü qarğayıb danlayıram.

Bəli...mən daha...

 Gülə-gülə ağlayıram.

Bir söz deyim,nədənsə amma...

Bu acının yanğısını,

 Yarımın vəfasına bağlayıram.

Təranə Şəms.12.01.2018


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam