Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dərdli dərdimiz


Xeberinfo.com:   

 

Dərin-dərin fikirlərim,
Yol gələr bilməzlikdən,
Kor edər gözlərimi, görməzlikdən.
Dilimi lal edər, dinməzlikdən,
Göylərdən qopub gələr,
Harda enər, harda bitər,
Nəyi eşidər, nəyi bilər,
Ona ağır, pis gələr.
İnsanlarda itən ümidin,
Qan verən çatına baxaq.
Dilim-dilim parçalı qan axıdan
Yaralı qatına baxaq,
Bir ananın, bir şair- yazarın
Çəkdiyi yükün adına baxaq.
Məramı, istəyi fəryad eləmək,
Bu millət oyansın deyə,
Açıq gördüklərini, dərdin qara üzünü 
Gözlərdə, sözlərədə yad eləmək.
Bəzən düşünər,
Kimi məyyus, kimi şad eləsin.
Millətin, xalqının dərdini,
Kimə yedirsin, kimin ağzına dad eləsin,
Yatıb oyanmayan bir xalqa,
Hansı adı, AD eləsin.
Diri-diri ölmüşü var,
Kökündən, soyundan dönmüşü var,
Hissə -hissə doğranıb bölünmüşü var,
Daşa- divara hörülmüşü var.
Boğulmuşu, atasız doğulmuşu var.
Hansı üzlə YAD eləsin,
Üzlər qara, insanlar bezar,
Yayılansa mərəz,
Loğmanı olmayan, sağalmaz qərəz.
Çəkə bilsək, dərddi dərdimiz,
Kimlərin qəddini əydi dərdimiz?...
Kaşki bizi qınaq edə, 
Dilə gələ, DİL AÇA dərdli, dərdimiz...

 

Təranə Nazimqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam