Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Poroşenko Nemtsovu ən ali ordenlə təltif etdi

 

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya müxalifət liderlərindən biri Boris Nemtsova “Azadlıq” ordenin verilməsi barədə sərəncam imzalayıb.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə azvsion.az Ukrayna KİV-nə istinadən xəbər verir.

“Biz ukraynalılar üçün Boris həmişə Rusiya patriotu və Ukraynanın dostu olaraq qalacaq. O, öz həyatı ilə sübut etdi ki, istək olduğu təqdirdə bu ikisini birləşdirmək olar”, -deyə Poroşenko bildirib

Ukraynada “Azadlıq” ordeni xarici vətəndaşlara verilə biləcək ən ali mükafatdır.

Qeyd edək ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Qatillərin tutulması ilə bağlı xüsusi əməliyyat planı hazırlanıb. Hadisə ilə bağlı Prezident Vladimir Putinə dərhal məruzə olunub. Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Vladimir Putin qətli sifariş və təxribat xarakteri daşıdığını bildirib. Prezident B.Nemtsovun qətli ilə bağlı istintaq qrupu yaratmağı və baş vermiş cinayəti şəxsi nəzarətə götürməyi tapşırıb”.

Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva cinayətin baş verdiyi yerə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildiyini diqqətə çatdırıb. Y.Alekseyeva jurnalistlərə bildirib ki, naməlum şəxslər ağ rəngli avtomobildən B.Nemtsova bir neçə dəfə atəş açıblar və o, hadisə yerində keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam