Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Boris Nemtsovun ölümündən 1 saat əvvəlki görüntüləri yayıldı

 

Mərhum rusiyalı müxalifətçi Boris Nemtsovun ölümündən bir neçə dəqiqə əvvəlki görüntüləri yayılıb. 
"Xeberinfo.com":  “Qafqazinfo” Lifenews.ru-ya istinadən xəbər verir ki, həmin görüntülər Qırmızı meydanın mərkəzi univermağının nəzarət kameralarına düşüb. 
Nemtsov və ukraynalı model Anna Duritskaya univermaqdakı “Bosko-kafe”də fevralın 27-i, axşam 10-da görüş təyin ediblər. Cütlük ticarət mərkəzinə ayrı-ayrı qapılardan daxil olublar, bunu başa düşəndən sonra isə bir-birini axtarmağa başlayıblar.
Görüş yerinə ilk gələn Boris olub. Anna isə həmin yerdə bir neçə dəqiqə sonra görünür. Bu, kafedəki sevgililərin Nemtsovun ölümündən bir saat əvvəl etdikləri son şam yeməyi olur. 
Onlar məkan bağlanana yaxın, 23:25-də kafedən uzaqlaşırlar. Təxminən 10 dəqiqəyə cinayət baş verən körpüyə çatırlar. Körpüyə ayaq basan zaman Borisin ölümünə hələ 3 dəqiqə qalırmış. Təxminən 23:30-da killer “Makarov”dan Nemtsova 6 atəş açır. 
Hədəfə dəyən 4 güllə nəticəsində Boris Nemtsov hadisə yerindəcə keçinib. Anna Duritskaya isə heç bir xəsarət almayıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam