Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

NATO-dan Nemtsov bəyanatı: "Onu Ukraynaya görə öldürdülər"

 

NATO baş katibinin müavini Aleksandr Verşbou bəyan edib ki, onun fikrincə, rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətli hər necə olursa olsun Ukrayna hadisələri ilə bağlıdır.

"Xeberinfo.com":  Məlumata görə, onun sözlərinə görə, müxalifətçi son vaxtlar bir çox opponentləri üçün ilk növbədə Moskvanın Ukraynanın şərqində münaqişədə hərbi iştirakının əleyhdarı olub.

Aleksandr Verşbou

A.Verşbou deyib: "Hələ müxalif siyasətçi Boris Nemtsovun qətlindən qabaq aydın idi ki, Rusiyanın Ukraynaya müdaxiləsi Rusiya cəmiyyətində get-gedə daha az dəstək alır. Prezident Putinin məqsədi, deyəsən, Rusiya Maydanının peyda olmasının qarşısını almaq üçün Ukraynanı zəiflətmək və Rusiyada alternativ fikirləri boğmaqdan ibarətdir. Ötən həftə Boris Nemtsovun dəhşətli qətlindən sonra biz görürük ki, qurbanlar (bu münaqişənin) tək Ukraynanın şərqində deyil. Çaxmağın kim çəkdiyini bilməsək də, biz anlayırıq ki, Boris Nemtsov demokratiya müdafiəçisi və Rusiyanın Ukrayna hadisələrinə qarışmasının əleyhdarı, yəni rəsmi Rusiya təbliğatı tərəfindən “satqın” və ”beşinci kolonna” adlandırılanlardan biri olub”.

A.Verşbounun sözlərinə görə, Rusiya hökuməti üçün Ukraynanın şərqində böyük sayda Rusiya hərbçilərinin həlak olduğunu əhalidən gizlətmək get-gedə daha da çətinləşir.

Moskva həmişə separatçılar tərəfində Rusiya hərbçiləri deyil, rusiyalı könüllülərin döyüşdüyünü israrlayıb.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam