Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Kiyevi yandıracağıq“

 

Liberal Demokratiya Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə dilinin bəlasına düşüb

"Xeberinfo.com":  Məlumata görə, Rusiyanın NTV kanalında məşhur “Spisok Norkina” verilişinə qatılan Jirinovski Minsk danışıqlarının nəticələrinin müzakirəsi zamanı özündən çıxaraq aparıcının tələsinə düşüb. 
Aparıcı Jirinovskinin tez coşduğunu bilərərk dalbadal ona suallar verib. Bu zaman Rusiya xalqının kasıblığından danışmağa başlayan Jirinovski, özündən çıxaraq Kiyevin yandırılması fikrinə qədər gedib: “Kiyevi məhv edəcəyik, yandıracağıq Kiyevi”. 
Bundan sonra “Nə deyirsiz, tankları Kiyevə yönəldək”, - sualına isə “Tanklar yox, uzaqdan hücumla. Donetskdən Kiyevi yandıraq. Çünki bu, ruslara qarşı müharibədir”, - deyə cavab verib. 
Bu zaman aparıcının “Vladimir Volvofiç, Kiyevin yarısı rusdur, onları da məhv edək”, - sualından səhvini başa düşən Jirinovski dediyi sözü inkar edib. “Yox, mən dəqiq hücumlarla, yalnız dövlət binalarına nişanlanmış raketlərlə məhvdən danışıram”, - deyərək sözündən qaçır.(ANS TV)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam