Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ən yaxın həftələrdə Kiyevə hücum olacaq”

 

“Ən yaxın həftələrdə Putinin Kiyevə hücumu istisna edilmir. Putin bütün Ukrayna ilə “məşğul olmağa” qərar verib”.

 

"Xeberinfo.com":  Ukrayna mediasına istinadən xəbərə görə, belə bir iddia ilə Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi, İqtisadi Analiz İnstitutunun prezidenti Andrey İllarionov çıxış edib.

 

Sabiq məsləhətçinin sözlərinə görə, son bir neçə gündə döyüş əməliyyatlarının yeni mərhələyə keçə biləcəyi göstərən əlamətləri ortaya çıxıb: “Separatçılar danışıqlar prosesini pozub və 100 min nəfərin səfərbərliyə alınacağını bəyan edib. Buna görə də istisna edilmir ki, Kiyevə yürüş hazırlanır. Bu “böyük hücum” olacaq, yalnız Donbas hövzəsinə deyil, həm də Mərkəzi Ukraynaya. Eyni zamanda, Kiyev də daxil olmaqla ölkənin müxtəlif şəhərlərində təxribatlar istisna edilmir”.

 

“Hücum bir neçə gün sonra başlana bilər. Hücumun hədəfi Ukraynanın ləğvi və ya hakimiyyətinin zəiflədilməsidir. Bunun üçün ən müxtəlif vasitələrdən istifadə oluna bilər: döyüş əməliyyatların aktivləşməsindən terror aktlara və Kiyevin küçələrində kütləvi toqquşmalara qədər”, - İllarionov qeyd edir.

 

Onun sözlərinə görə, müharibəni dayandırılmasının yeganə yolu Ukraynanın qələbəsidir.

 

Andrey İllarionov bir müddət əvvəl də bildirib ki, Rusiya prezidenti Ukraynaya qarşı təcavüzü dayandırmayacaq: “Çünki Putin özünün “tarixi missiyası”na inanır”.

Publika.az

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam