Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya hücuma hazırlaşır

 

    Rusiya Ukrayna ilə sərhəddə hərbi qüvvələrinin sayını iki dəfə artırıb və xəbərdarlıq etmədən qısa vaxt ərzində onun ərazisinə soxula bilər.
 
"Xeberinfo.com": Bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb. “Vladimir Putinin hədəfi Ukraynanın şərq regionlarına maksimum müxtariyyət vermək üçün Kiyev və Vaşinqtona təzyiq etməkdir. Lakin Qərb rəsmiləri qorxur ki, rusmeyilli separatçılar Ukraynada məğlub olacağı təqdirdə Rusiya birbaşa hücum variantına hazırlaşa bilər”, - deyə qəzet yazıb.
 
“Nyu York Tayms”ın ABŞ kəşfiyyatındakı mənbələri bildirirlər ki, Rusiya hücumu “Sülhməramlı əməliyyat” adı altında aparacaq.
 
“Bu, tam real variantdır. Əgər Putin qərar versə, bu addım xəbərdarlıqsız atılacaq. Biz sadəcə onun nə fikirləşdiyini bilmirik”, deyə məlumatı verən mənbə bildirib.  
 
NATO-nun Avropadakı Birləşmiş Komandanlığının keçmiş komandiri Uesli Klark hesab edir ki, Putin uğurlu hücum üçün hərbi və siyasi şərait yaradıb.
 
“Lakin deyəsən, o, hücumdan sonra baş verə biləcək risqlərlə bağlı siyasi qərarlar qəbul etməyib”, - deyə Klark bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam