Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağ Ev: Donald Tramp əmindir ki, Senat ona tamamilə bəraət qazandıracaq

"ABŞ prezidenti Donald Tramp əmindir ki, impiçment proseduru çərçivəsində Senat ona tamamilə bəraət qazandıracaq".

Yenixeber.org: Bu barədə Ağ Evin mətbuat katibinin bəyanatında deyilir.

"Bu gün bizim ölkəmizin tarixində ən biabırçı siyasi epizodlardan birinin kulminasiyası qeydə alınıb. Prezidentin bir şeyi yanlış etməsi ilə bağlı respublikaçıların heç bir səsini almadan və onun heç bir sübutu olmadan demokratlar impiçment çərçivəsində qanunsuz maddələr irəli sürdülər. Prezidentin yanlış heçnə etməsinə baxmayaraq, demokratlar birpartiyalı proseduru seçdilər. Dinləmə həftələri təsdiq etdi ki, o, yanlış heç nə etməyib", - deyə bəyanatın mətnində qeyd edilir.

Ağ Evin bəyanatında vurğulanıb ki, D.Trampa qarşı sonsuz qərəz onları (demokratları) 2016-cı ilin prezident seçkilərinin nəticələrini ləğv etmək və 2020-ci ilin gələcək səsverməsinə zərər vermək arzusunu gücləndirir.

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki - "Səlahiyyətlərin aşılması" və "Konqresə mane olma" maddələrinə səs verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam