Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya ikinci Dnestryanıya çevriləcək”

 

Avropa Birliyinin Məsləhət Şurası Yanvarın 29-da Ukraynadakı vəziyyətlə bağlı fövqəladə iclasını keçirəcək.

 

"Xeberinfo.com":  Məlumata görə, iclasda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə baxılacağı gözlənilir.

 

Ukrayna mediasında açıqlamasında siyasi ekspertlər qəbulu edilməsi gözlənilən yeni sanksiyalarla bağlı fikirlərini bildirib. Pavel Melnik hesab edir ki, iclasda Rusiyanınəsas ixrac məhsullarına embarqo tətbiq oluna bilər. “Silah satışına embarqo tətbiq oluna bilər. Bu, Rusiyaya ciddi zərbə olacaq. Çünki Rusiya böyük miqdarda silah ixrac edir”, – Melnik deyib.

 

O, həmçinin hesab edir ki, Rusiyanın SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırılması gündəmə gələ bilər: “Bu, Rusiya maliyyə sisteminin iflası olacaq və Rusiya ikinci Dnestrayanıya çevriləcək. Orada da banklar normal işləmir və beynəlxalq bank ödənişləri yoxdur. Bütün əməliyyatlar nağd aparılır. Ölkə ümumiyyətlə yalnız maliyyə resursları deyil, yeni texnologiyalara da möhtac olacaq”.

 

Anti-böhran Tədqiqatları Mərkəzinin prezidenti Yaroslav Jalilo hesab edir ki, iclasda sadəcə “LXR” və “DXR”in terror təşkilatları kimi tanınması barədə qərar qəbul edə bilər. Ekspertin fikrincə, indiki mərhələdə ənənəvi sanksiyalar potensialı bitib və daha güclü ölçüləri tətbiq etmək lazımdır: “Amma Avropa Birliyi buna getməyəcək. Qurumdakı güclü lobbi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini istəmir. Amma onlar anlamırlar ki, artıq bu hakimiyyətlə işləmək mümkün deyil”.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam