Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Orta Asiyanı silahlandırır

 

ABŞ Özbəkistanı, Tacikistanı və Qazaxıstanı zirehli texnika ilə təchiz edəcəyini bildirib.

Vaşinqton bu vədinə sadiq qalaraq Səmərqəndə terrorçuluq və narkotikayla mübarizə əməliyyatlarında istifadə üçün 328 zirehli maşın verib.

"Xeberinfo.com":  Məlumata görə, bunu ABŞ dövlət katibinin Orta Asiya üzrə köməkçisinin müavini Daniel Rosenblum Amerikanın Səsinə deyib.

O bildirib ki, mina və pusquya davamlı (MRAP) zirehli texnika ABŞ ordusunda işlənmiş texnikadır. Bu texnika öldürücü deyil, müdafiə təyinatlıdır və Özbəkistanın Müdafiə Nazirliyinə verilir: “ABŞ Özbəkistanın bu texnika üçün müraciətini qanuni hesab edir. Çünki maşınlar ancaq qorumaq məqsədi daşıyır və terrorçuluq və narkotikayla mübarizə üçün ideal vasitədir.”

D.Rosenblum deyib ki, Tacikistan və Qazaxıstan da ABŞ ordusundan avadanlıq almaqda maraqlıdır və hazırda həmin müraciətlər dəyərləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam