Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rus tankları Laçında

 

Dünən gecə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikası Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirilib.

 

"xeberinfo.com": Bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov məlumat verib.O, qeyd edib ki, Rusiya ordusuna məxsus tanklar Laçının bir addımlığındadır: “Artıq Rusiya Baş Qərargahı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yerləşən Ermənistan ekspedisiya korpusunu əlavə tank və zirehli texnika ilə gücləndirməyə başlayıb. Dünən axşam zirehli texnika, qoşqulu avtomobillərdə Gümrü-İrəvan-Artaşat-Sisian-Gorus avtomobil yolu vasitəsilə xüsusi maskalanmış vəziyyətdə işğal edilmiş Laçın rayonu yaxınlığına - Karaşen yaşayış məntəqəsinə gətirilib. Qoşqulu avtomobillərə yüklənmiş hərbi texnika maskalanmış olsa da peyk vasitəsilə müşahidə olunub.

    Onun sözlərinə görə, artıq İsrailin "Mossad" və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində bununla bağlı məlumat var: “Dünən gecə ABŞ Milli Təhlükəsizlik Agentliyi hərbi texnikanın köçürülməsini tam dəqiqliyi ilə müşahidə edib və peyk vasitəsilə videolentə alıb. Yaxın 2 gün ərzində isə Xankəndi-Ağcabədi və Ağdərə-Tərtər istiqamətindəki mövqelərə yaxın ərazilərdə yerləşdiriləcək. Çox güman ki, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinə başlanacağı təqdirdə, Tərtər-Yevlax istiqamətində genişmiqyaslı hücum imitasiya ediləcək”.

Gülməmmədov bildirib ki, iki gün öncə isə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 3 generalı Xankəndiyə ezam olunub: “Bu məlumat artıq İrəvanda söz-söhbətə belə səbəb olub. Həmçinin, artıq Ermənistan televiziyaları bir həftədir ki, mütəmadi olaraq silahli qüvvələr barədə reportajlar hazırlayır və "Favorit" tipli HHM raketlərini reklam edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam