Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

45 yaşlı qadın vəkil Slovakiyanın prezidenti seçildi

 

Slovakiya respublikasında keçirilən prezident seçkilərinin ikinci turunun səsverməsi başa çatıb. Səs hüququna malik olan 4,5 milyon vətəndaş seçki məntəqələrində prezidentliyə namizəd olan iki nəfər - Pezinok şəhərciyindən olan 45 yaşlı vəkil Zuzan Çaputova və Avropa Komissiyası rəhbərinin 52 yaşlı müavini Maroş Şefçoviçə səs verib. 

Yenixeber.org: Dövlət Seçki Komissiyasının son məlumatına görə, qadın hüquqşünas, ölkədə korrupsiya əleyhinə mübarizəyə rəhbərlik edən Zuzana Çaputova seçkilərdə qalib gəlib. Belə ki, seçkilərdə iştirak edən seçicilərin 58,3 faizi səsini Zuzana Çaputovaya verib. 

Artıq Avropa Komissiyası rəhbərinin müavini Maroş Şefçoviç vəkil Zuzan Çaputovaya prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. 

Xatırladaq ki, Slovakiyada prezident seçkilərinin birinci turunda da Z. Çaputova, əsas rəqibi M.Şefçoviçi böyük fərqlə qabaqlamışdı - Çaputova 40.57 faiz, Şefçoviç isə 18,66 faiz. Qeyd edək ki, seçkilərin qalibi iyunun 15-də prezident vəzifələrinin icrasına başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam