Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nalbandyan Türkiyəni topa tutdu

 

   "Xeberinfo.com": Bu günlərdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inauqurasiya mərasiminə qatıldı. Onların arasında qısa söhbət də oldu. Nazir Ərdoğanı 2015-ci ildə İrəvanda keçiriləcək qondarma "erməni soyqırımının 100-cü ildönümü" tədbirinə dəvət etdi.

Türkiyə prezidentinin bu dəvətə münasibəti hələ də bəlli deyil. Bəlli olan odur ki, cənab Nalbandyan Ankara səfərinindən az sonra qələmə sarılaraq “Le Figaro” qəzetində Türkiyəni topa tutub. Yazıda qonşu ölkə haqqında o qədər sərt ifadələr işlədilib ki, fransız qəzeti yazını ixtisarla çap etməli olub. 

Yazıda Türkiyənin yeni prezidenti Rəcəb Tayyip Ərdoğan və yeni baş nazir Əhməd Davudoğlu dünya ictimaiyyətinə “cinayətkar çağrışlar” etməkdə suçlanır. Müəllifə görə onların hər ikisi Türkiyədə baş vermiş “soyqırım”ın gələn il keçiriləcək 100 illik mərasimini gözdən salmağa çalışırlar. 

Ermənistanın xarici işlər naziri deyib ki, dünyada elə bir xalq tapılmaz ki, Osmanlı imperiyası üçün nastolji hisslər keçirsin. Çünki o imperiyada insanların vətəndaş haqları kobud şəkildə pozulub. Nazir iddia edir ki, erməni genosidi təkcə Qərbin və erməni xalqının tarixi deyil, bu həm də islam dünyasının tarixidir.

Edvard Nalbandyan yazısının sonunda ümid etdiyini bildirir ki, Türkiyənin yeni prezidenti gələn il Yerevanda keçiriləcək tədbirdə iştirak etməkdən çəkinməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam