Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Təhlükəli nüvə rəqabəti dövrünə qayıdış

 

ABŞ-ı daha çox Rusiyanın orta mənzilli qanadlı raketləri narahat edir

"Xeberinfo.com":  Moskva və Vaşinqton müxtəlif bəhanələrl özlərinin nüvə arsenallarını artırmağa başlayıblar. Belə ki, ABŞ Rusiyanı orta və kiçik mənzilli raketlərin ləğv olunması barəsindəki müqaviləni pozmaqda günahlandırır.ABŞ-ın Rusiyanın yeni qanadlı raketlər hazırlamaq planına qarşı cavab tədbirlərinə əl atacağını bildirməsi iki ölkə arasındakı gərginliyi xeyli dərəcədə yüksəldib. Vaşınqton bəyan edir ki, Moskva tərəflər arasında hələ soyuq müharibə dövründə bağlanmış əsas müqaviləni pozmağa başlayıb. Artıq bir neçə ildir ki, Rusiya ilə ABŞ strateji nüvə başlıqlarına malik olan raketlərin sayını artırırlar. Onlar yeni “qoruyucu qalxan” yaratmaq məqsədi üçün bu işə milyardlarla dollar sərf ediblər. Ukrayna müharibəsi və zəifləyən iqtisadi vəziyyət fonunda Rusiyanın gələcəkdəki ümumi təsir dairəsini təminata almaq məqsədi ilə Vladimir Putin nüvə silahı ilə təchiz olunmağa daha böyük önəm verir. Moskvanın yeni təcavüzkar tonu, Rusiya nüvə arsenalının masştablı yenilənməsi və bu göstəriciyə görə onların ABŞ-dan geri qalmamağa can atması dövrünə təsadüf edib. Nüvə silahlarının modernləşdirilməsi ilk növbədə sualtı qayıqlarda yerləşdirilməsi nəzərdə tutulan “Bulava” ballistik raketlərinin artırılmasına yönəlib. Silahların yenilənməsi prosesinə həmçinin köhnə sistemlərin bərpa edilməsi də daxildir. Keçən ay Rusiya hakimiyyət nümayəndələri, dəmir yolu ilə ölkənin istənilən yerinə hərəkət edən “nüvə qatarının” işə salınması barəsində məlumat vermişdilər. Bu isə nüvə silahı ilə təchiz edilmiş həmin qatarın harada olmasını müəyyənləşdirməyi xeyli çətinləşdirəcək.

Lakin bütün bunlarla yanaşı, ABŞ-ı daha çox Rusiyanın orta mənzilli qanadlı raketləri narahat edir. Obama administrasiyasının fikrinə görə, Rusiyanın indiki hərəkətləri həmin bu raketlərin ləğvinə dair bağlanmış müqavilənin açıq şəkildə pozulması anlamına gəlir. Bu raketlər radiolakasiya qurğularından və digər müdafiə sistemlərindən yan keçərək strateji hədəfləri məhv etmək gücünə malik unikal silah növləridir.

Məsələ ilə əlaqədar olaraq ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Brayan Makkeon bildirib ki, Pentaqon Rusiya raketlərinin sınaqdan çıxarılmasına qarşı lazımi adekvat hərbi tədbirlər görməyi planlaşdırıb. B.Makkeon bu tip qanadlı raketlərin Avropada yerləşdiriləcəyini də istisna etməyib. Amerikan hərbçilərini həmçinin rus sualtı donanmasının dirçəlməsi faktı da narahat etməyə başlayıb. Çünkü hal-hazırda Moskva öz xarakteristik göstəricilərinə görə ABŞ analoqlarından geri qalmayan yeni nəsil nəhəng sualtı qayıqlar hazırlayır.

Rusiya sualtı qayıqlarının ABŞ-ın Sakit Okean sahillərində görünməsi barəsində amerikan mətbuatının tez-tez məlumat verməsinə baxmayaraq, bu cür xəbərlər Pentaqon tərəfindən təkzib olunurdu. Ancaq keçən il ABŞ Hərbi Qüvvələrinin Şimal komandanlığının və Şimalı Amerika aeorokosmik müdafiəsinin rəhbəri general Çarlz Ceykobi Rusiya sualtı qayıqlarının ABŞ sahillərində peyda olması faktını etiraf etmişdi. Həmin sualtı qayıqların öz bortunda qanadlı raketlər daşıya bilməsi xeyli narahatlıq doğuran məsələdir.

Müdafiə məsələləri üzrə araşdırmaçı ekspert Piter Robertsin sözlərinə görə, “Akula” sinfindən olan Rusiya sualtı kreyserlərinin ABŞ sahillərində görünməsi adi hal almağa başlayıb. Bundan başqa rusların ixtiyarında bir çox parametrlərinə görə “Akula”dan da üstün olan “Yasen” sualtı qayığı da var. Onların hər ikisi çox funksiyalı xüsusiyyətə malik qayıqlardır. Yerdəki hədəfləri vurmaq üçün həmin sualtı qayıqlar nüvə başlıqlı “Qranat” raketləri ilə təchiz olunublar.

Belə görünür ki, Rusiya və ABŞ-ın öz nüvə arsenallarını artırması aktiv hərbi rəqabətə gətirib çıxaracaq. Ekspertlərin fikrinə görə isə bu cür vəziyyət iki ölkə arasında gərginliyə yol açaraq, dünya təhlükəsizliyinə ciddi təhdid yaradacaq.
(The Guardian)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam