Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Amerikanın nüvə raketləri Azərbaycanda?

Amerikanın nüvə raketləri Azərbaycanda?

 

Yenixeber.org: “Amerikanın kiçik uçuş müddətinə malik nüvə başlıqları bu yaxınlarda Gürcüstanda, Azərbaycanda və Ermənistanda peyda ola bilər”, - bu barədə Rusiyada dərc olunan “Versiya” qəzetində işıq üzü görmüş “Şərqi Avropada orta və qisa mənzilli raketlərin yerləşdirilməsinə Moskva nə ilə cavab verəcək” məqaləsində deyilir.

Nəşrin bildirdiyinə görə, Moskva artıq indidən amerikalıların hərəkətinə adekvat cavab verməlidir.

"Qaynarinfo" virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi akademiyasının müəllimi, polkovnik Xətai Baxışov bu məlumatı şərh edib. Onun sözlərinə görə, bu informasiya həqiqətə uyğun deyil.

“Gürcüstanda Amerika bazalarının yerləşdiriləcəyi ilə bağlı məlumat artıq faktdır, Azərbaycana gəlincə, belə məlumata malik deyiləm. Ölkəmiz neytral siyasət yürüdür, heç bir hərbi bloka daxil olmur və düşünmürəm ki, rəsmi Bakı Amerika raketlərinin Azərbaycanda yerləşdirilməsinə razılıq versin. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan əməkdaşlıq üçün məkandır, rəqabət üçün deyil”, - ekspert deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam