Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO gizli şəkildə Əfqanıstandan getdi

 

“Taliban” qorxusu Kabili qoynuna aldı

"Xeberinfo.com":  “AL JAZEERA”nin xəbərində deyilir ki, bazar günü NATO Əfqanıstandakı 13 illik mövcudluğuna rəsmən son verib. Bu münasibətlə paytaxt Kabildə tədbir keçirilib. Maraqlıdır ki, NATO öz tədbirini gizli şəkildə həyata keçirməli olub. Əcnəbi hərbçilər “Taliban”ın hücumundan ehtiyat etdiklərinə görə, tədbir təntənədən uzaq olub.
Bundan sonra ABŞ-ın rəhbərlik etdiyi İSAF adlı hərbi qrup Əfqanıstanda hərbi təlimlər keçəcək və orduya dəstək verəcək.
“AL JAZEERA” bildirir ki, NATO ilə Əfqanıstan arasındakı rəsmi münasibətlər bununla da başa çatır. Və bu il Əfqanıstanda xüsusilə itkilər çox olub. Belə ki, ölkə 4.600 nəfər əsgər və polis itirib.
Qeyd olunur ki, bununla belə, Əfqanıstanda 12.500 əcnəbi hərbçi qalacaq. Onlar birbaşa döyüşlərdə iştirak etməyəcəklər. Ancaq yerli orduya hər cür yardım göstərəcəklər.
2011-ci ildə isə Əfqanıstanda olan əcnəbi hərbçilərin sayı 130 min nəfər idi. Onlar 50 ölkənin təmsil edirdilər.
Bundan sonra isə 350 minlik Əfqanıstan Ordusu bütün məsuliyyəti öz üzərinə götürməli olacaq.
Televiziyanın şərhçisi qeyd edib ki, sadə əfqanlar NATO-nun gedişindən narahatdır. Onlar qorxurlar ki, ölkədə siyasi stabillik yenidən təhlükə altına düşə bilər. “Taliban”ın fəallaşması da sadə insanlar tərəfindən xoş qarşılanmır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam