Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO Əfqanıstandakı hərbçilərinin sayını 18 minə çatdıracaq

 

 

NATO Əfqanıstandakı qeyri-döyüş missiyalı hərbçilərinin sayını, təxminən, 18 minədək artırır

 

Yenixeber.org: Bunu NATO-nun baş katibi Yens Stoltenberq martın 15-də Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Biz təlim hazırlığı üzrə missiyamızın sayını 18 min nəfərədək artırırıq”, - o vurğulayıb.

Y.Stoltenberq “Taliban”ı ölkədə silahlı münaqişəni dayandıraraq danışıqlara başlamaq haqqında Əfqanıstan hakimiyyətinin müraciətinə cavab verməyə çağırıb.

Qeyd edək ki, NATO-nun “Qətiyyətli dəstək” missiyası 2015-ci il yanvarın 1-dən Əfqanıstandadır. NATO ilə Əfqanıstan arasındakı ikitərəfli razılaşmaya əsasən, hazırda alyansın 12 min hərbçisi xidmət edir. Onlar Əfqanıstan güc strukturlarına təlim keçir və müşavirlik edir. Onların qeyri-döyüş missiyası yerinə yetirdiyi elan edilib. 

Xatırladaq ki, Azərbaycan 16 ildir Əfqanıstandakı missiyasında iştirak edir və bu ölkənin, təxminən, 100 hərbçisi missiyaya töhfə verir. "Qətiyyətli dəstək" əməliyyatı (“Resolute Support Mission”) NATO-nun Əfqanıstanın hökumət qüvvələrinə təlimlər keçirilməsi və yardım göstərilməsi üzrə qeyri-döyüş missiyasıdır və onun icrasına 2015-ci il yanvarın 1-dən başlanılıb. Missiya Əfqanıstanda 2001-ci ildən fəaliyyət göstərən və 2014-cü il dekabrın 28-də başa çatan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) əməliyyatını əvəz edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam