Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ərdoğanın kürəkəni Ağ evdə Trampla görüşdü

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib.
Yenixeber.org: Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı "S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub.
Nazir rəsmi Ankaranın Rusiyadan aldığı "S-400”ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb:
"Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- red.) bəzi ismarıcları var idi, onları ABŞ Prezidentinə çatdırdıq”.
B.Albayrak yaxın zamanda Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçirilə biləcəyini də bildirib.
B.Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və "Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib. 
Xatırladaq ki, B.Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam