Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycan və İran arasında əməkdaşlıq

 

"Azərbaycan və İranın ədliyyə və prokurorluq orqanları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı səfərlərin davam etdirilməsi məsələləri bu gün Bakıda keçirdiyim görüşlərdə müzakirə olundu".

"Xeberinfo.com":  Bu sözləri Trend-ə eksklüziv açıqlamasında İran Xarici İşlər Nazirliyinin Xarici ölkələrdə yaşayan iranlılarla iş üzrə idarəsinin rəisi Kazım Səccadi deyib.

K.Səccadi bildirib ki, səfərdə məqsəd Azərbaycanda yaşayan iranlılar, xüsusilə həbsdə saxlanılan iranlıların vəziyyəti ilə tanış olmaq və cəza çəkən vətəndaşların ekstradisiyası məsələsini müzakirə etməkdir: "Bununla bağlı Ədliyyə Nazirliyində və Baş Prokurorluqda məsul şəxslərlə danışıqlar apardıq".

O, qeyd edib ki, görüşlərdə Azərbaycan və İranın cəzaçəkmə müəssisələri rəhbərləri arasında təcrübə və məlumat mübadiləsinin aparılması, məhbusların saxlanılması, onlara dəstək olmaq və sağlamlıqlarına diqqət etmək kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıldı: "Azərbaycana səfərimdə məni İran Səhiyyə Nazirliyinin müvafiq idarə rəisi müşayiət edir. Səfər zamanı Azərbaycan Tibb Universitetində təhsil alan iranlı tələbələrin diplomunun İslam Respublikasında tanınması məsələsini araşdıracaq və aidiyyəti qurumlarla danışıqlar aparacağıq. Azərbaycan universitetlərində, xüsusilə Tibb Universitetindəki iranlı tələbələrin vəziyyəti ilə bağlı məlumatlar toplanacaq və İranda bu məsələ ilə bağlı qərar qəbul olunacaq”.

Azərbaycan universitetlərində hazırda 836 iranlı tələbə təhsil alır. Onlardan 236-sı Azərbaycan Tibb Universitetində oxuyur.

K.Səccadi İranda cəza çəkən Azərbaycan vətəndaşlarının bir neçəsinin artıq Azərbaycana ekstradisiya olunduğunu və qalanlarının da iki ölkənin əməkdaşlığı çərçivəsində ekstradisiya olacağını bildirib.

Hazırda Azərbaycan həbsxanalarında 130-a yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasında ittiham olunur. Hələlik Azərbaycanda saxlanılan 52 İran vətəndaşı barəsində məhkəmə qərarı çıxarılmayıb.

İran həbsxanalarında isə hazırda 14 Azərbaycan vətəndaşı cəza çəkir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam