Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rusiyada evlər ucuzlaşmaqdadır

 

Son 3 ayda Rusiyada rublun dəyərinin 40-45 faiz civarında düşməsi daşınmaz əmlak bazarına ciddi təsir edir

 

"Xeberinfo.com":  Məlumata görə, artıq iki aydır ki, Rusiyanın daşınmaz əmlak bazarında kəskin ucuzlaşma müşahidə edilir. İnsanlar rublun dəyər itirməsinə görə daşınmaz əmlaklarının daha da ucuzlaşması və dəyərdən düşməsindən narahat olaraq, bu böhrandan onu satmaq və xarici valyutaya çevirməklə yaxa qurtarmaq istəyir. Bu isə öz növbəsində daşınmaz əmlakın ucuzlaşmasını sürətləndirir.
Orta sinif təbəqə isə baş verən proseslərin hansı istiqamətdə inkişaf edəcəyini gözlədikləri üçün hələlik əllərində olan pulu daşınmaz əmlaka yatırmaqdan çəkinirlər.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun da (ARDNF) Moskvanın biznes mərkəzində yerləşən və dəyəri 133 milyon dollar təşkil edən ”Qalereya Aktyor" ofis-ticarət mərkəzi var. Rusiyada daşınmaz əmlakın kəskin ucuzlaşması ARDNF-nin obyektinə də təsirsiz ötüşməyib.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Rusiyada mənzillərin qiymətində ucuzlaşmanın 2015-ci ildə də davam edəcəyini açıqlayıb:
“Hazırda vəziyyət bir az başqa cürdür. Son bir həftədə rublun kursu daha sürətlə düşməyə başladı və evini satmaq istəyənlər dəyərin iki dəfədən də artıq ucuzlaşdığını görüb, fikirlərindən döndülər. Çünki rublun məzənnəsi gün ərzində bir neçə dəfə dəyişdi. Demək olar ki, Rusiyada 40-45 faiz vətəndaş bazardan öz mənzilinin satışını çıxardı. Qalan hissə isə hazırda rublun kursuna görə mənzillərin satış qiymətində dəyişiklik edir və bu mənzillərin qiyməti dolların satışına uyğunlaşdırılır. Neftin qiyməti düşür və bu da bazarda pul kütləsinin azalmasını qaçılmaz edir. Bu baxımdan daşınmaz əmlaka yatırım etmək sərfəli deyil. Buna görə də satıcıların profilaktik addımları mənzillərin düşməsinin qarşısını ala bilmir. Müşahidələr 2015-ci ildə də qiymətlərin düşməyə meyilli olacağını göstərir”.
İqtisadçı-ekspert Natiq Cəfərli də Rusiyada insanların böyük dəyəri olan əmlaklar almaqdan çəkindiklərini bildirib:
“Müşahidələr son 2 ayda Rusiyanın daşınmaz əmlak bazarında ciddi ucuzlaşmanın baş verdiyini göstərir. İnsanlar əllərində olan vəsaiti qorumağa çalışırlar və böyük dəyəri olan əmlak almaqdan çəkinirlər. Əsasən orta sinif öz gələcəyini tam aydın şəkildə görə bilmədiyi üçün əlində olan vəsaitin böyük hissəsini daşınmaz əmlaka verməkdən çəkinir”.
Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Moskvada yerləşən əmlakını hazırda satmaq itki ilə nəticələnər:
“ARDNF daşınmaz əmlakı alarkən Rusiyada qiymətlər kəskin yüksək idi. Bu gün həmin əmlakın satılması daha çox itki ilə müşahidə olunacaq. Ən yaxşı halda icarə haqlarını yığmaqla itkilərin qarşısını almaq mümkündür. Daşınmaz əmlak təlatümlü bazardır və marka dəyəri daha yüksək olan ölkələrə yatırım etmək lazımdır. ARDNF Fransada, Sinqapurda əmlaklar alıb və onlarla bağlı çox ciddi problem yoxdur. Amma Rusiya bazarında yaxın gələcəkdə çox ehtiyatlı olmaq lazımdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam