Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda yeni "məcəllə" hazırlandı

 

Azərbaycan Sərhəd Məcəlləsinin layihəsi artıq hazırdır, aidiyyəti qurumlarla razılaşdırılıb. 


"Xeberinfo.com": APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin yaxşılaşdırılması”layihəsinin rəhbəri Məzahir Əfəndiyev söyləyib.

M.Əfəndiyev deyib ki, yaxın vaxtlarda Dövlət Sərhəd Xidməti tərəfindən Sərhəd Məcəlləsinin layihəsinin hökumətə və Milli Məclisə təqdim olunacağı gözlənilir:“2007-ci ildə prezident İlham Əliyev Azərbaycanın Təhlükəsizlik Konsepsiyasını təsdiq edib. Həmin Konsepsiya çərçivəsində sərhəd qanunvericiliyində yeni yanaşmalar, yeni çağırışlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub. Qanunvericiliyə əlavə və dəyişikliklər də daxil olmaqla, sərhəd qanunvericiliyi bir sənəddə - Sərhəd Məcəlləsində əksini tapmalıdır”.

M.Əfəndiyev bildirib ki, Sərhəd Məcəlləsində mövcud qanunvericilikdə inteqrə edilmiş sərhəd idarəçiliyi də əksini tapacaq: “Bu günə qədər vətəndaşlar narazılıq edirdilər ki, sərhəddən keçdiyi zaman yoxlama ilə bağlı çoxlu vaxt itirir. İnteqrə edilmiş sərhəd idarəçiliyi sərhəddə vahid idarəetmə mexanizmi yaratmaq, gediş-gəlişi asanlaşdırmaq, idxal və ixraca töhfə verməkdir. Bir sözlə, vaxt itkisi olmaması üçün müasir texnologiyadan istifadə etməklə yeni idarəçilik təklif olunur. Nəticədə vətəndaşlar sərhəddən keçmək üçün daha az müddət sərf edəcəklər. Digər tərəfdən, bu gün idxal-ixrac zamanı yoxlama prosesləri vaxt itkisinə, bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olur. Yeni yanaşmalar, yeni texnologiyalar tətbiq edilməklə narazılıqlar aradan qaldırılır, şəffaflıq artır. Bu da ölkənin iqtisadi inkişafına müsbət təsir göstərir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam