Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AB Rusiyaya qarşı sanksiyaları artırdı

 

 

Rəsmilər bəzi bank hesablarını dondurmaq və bəzi şəxslərə qarşı viza qadağası tədbiq etmək qərarına gəliblər

 

    "xeberinfo.com": Avropa Birliyi tərəfindən Rusiyaya qarşı növbəti sanksiya qəbul edildi. Ötən gün Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasın yekunu olaraq rəsmilər daha 12 nəfərin bank hesablarını dondurmaq və adı hələlik açıqlanmayan şəxslərə qarşı viza qadağası tədbiq etmək qərarına gəliblər. Bununla da Rusiya hökuməti daxilində və xaricində Krım məsələsi ilə əlaqəli olan və buna görə də sanksiyalara məruz qalanların sayı 33 nəfərə çatıb.
Birliyin prezidenti Herman van Rompöy sanksiya tədbiq olunan şəxslərin adlarının bu gün çap olunacağını bildirib. Rompöyün sözlərinə görə, onlar arasında yüksək rütbəli şəxslər də var.
"Biz, eyni zamanda, Avropa Birliyi Rusiya sammitini də ləğv etdik. Həmçinin, birlik ölkələri ilə Rusiya arasında ikitərəfli görüşlər də olmayacaq. Rusiya tərəfindən atılan addımlar Ukraynada stabilliyin pozulmasına səbəb olarsa, Rusiya bunun ağır nəticələri ilə üzləşəcək. Ukraynada yaranmış gərgin vəziyyətə gəlincə isə, bu cür situasiyalarda hamı soyuqqanlılığını qorumalıdır. Məqsəd isə, gərginliyin azaldılması və beynəlxalq qanunlara hörmət edərək problemin sülh yolu ilə həllidir". 
Avropa liderləri, eyni zamanda, Birliyin icraçı komissiyasına Avropada Soyuq müharibə dövründən sonra ilk dəfə siyasi böhran daha da dərinləşəcəyi təqdirdə Rusiyaya qarşı iqtisadi sanksiyalar tədbiq olunması üçün tapşırıqlar verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam