Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Obama və Aİ liderləri Rusiyaya qarşı sanksiyaları uzatmağa qərar verdi

abs ve avropa birliyi rusiyaya qarsi sanksiyalari quvvede saxlamagi qerara alib

Xeberinfo.com:   Barak Obama ölkə başçısı postunda xaricə son səfər turnesi çərçivəsində Almaniyada olub. O, Ukraynadakı situasiyaya görə anti-Rusiya sanksiyalarının uzadılması barədə Avropa liderləri ilə razılığa gəlib. Kreml də öz növbəsində vurğulayıb ki, sanksiyalar Rusiyanın qərb partnyorları ilə dialoq qurmasına mane olmur.

“Minsk razılaşması yerinə yetirilməyənə qədər sanksiyaların uzadılması vacibdir” – Obama bəyan edib. O, həmçinin qeyd edib ki, “dünya problemlərini həll etmək üçün Rusiya ilə əməkdaşlıq etmək bizim maraqlarımız çərçivəsindədir”.

Berlin görüşündə Obamadan başqa Almaniya kansleri Angela Merkel, Britaniya baş naziri Tereza Mey, Fransa prezidenti Fransua Holland, İspaniyanın baş naziri Mariano Rahoy və İtaliya baş naziri Matteo Renzi iştirak edib.

Ağ Evdən qeyd ediblər ki, Ukrayna konfliktinin həllinə dair Rusiya hökuməti öhdəliklərini yerinə yetirməyənə qədər Rusiyaya qarşı sanksiyaların saxlanılması barədə ABŞ və Avropa ölkələrinin liderləri razılığa gəliblər.

Angela Merkel bəyan edib ki, Minsk razılaşmasının icra olunmasında yetərli proqres yoxdur deyə sanksiyaların ləğv edilməsindən söhbət gedə bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam