Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ABŞ Azərbaycana qarşı

 

ABŞ Beynəlxalq Münasibətlər Şurasının öz “Global Conflict Tracker” (Qlobal Münaqişə İzləyicisi) hesabatında Azərbaycana qarşı növbəti təxribata yol verilib.
"Xeberinfo.com":  Məlumata görə, hesabatda “Baxmayaraq ki, Dağlıq Qarabağ əhalisinin 95 faizi etnik cəhətdən ermənidir, ərazi beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi olaraq tanınır. Altı illik müharibədən sonra 1993-cü ildə münaqişə tərəfləri arasında atəşkəs rejimi elan edilib. Lakin son zamanlar tərəflər arasında ciddi toqquşmalar qeydə alınıb. 2014-ci ilin avqust ayında Azərbaycan və Ermənistan əsgərləri arasında silahlı atışmalar nəticəsində hər iki tərəfdən onlarla əsgər qətlə yetirilib. Bundan əlavə, 2014-cü ildə Azərbaycan hərbçiləri tərəfindən Ermənistan helikopteri vurulub”, - deyə qeyd edilib.
Bundan başqa məlumatda yer alan “Dağlıq Qarabağ əhalisinin 95 faizi etnik cəhətdən ermənidir” ifadəsi həqiqəti tamamilə əks etdirmir. Belə ki, tarixən Azərbaycan ərazisi olan Qarabağda azərbaycanlıların sayı ermənilərin sayından dəfələrlə çox olub.
Hesabatda gərginliyin artmasının regiondan neft və qaz tədarükünə də mane ola biləcəyi xüsusi vurğulanıb: “Çünki, özünü etibarlı neft və qaz tədarükçüsü kimi bütün dünyada tanıdan Azərbaycan gündəlik olaraq Avropa və Mərkəzi Asiyaya 881,000 barel neft ixrac edir. Bu regionda gərginliyin artması şübhəsiz ki, neft və qaz tədarükünə təsir edəcək ki, bu da ABŞ maraqlarına ziddir və dünya neft bazarında əlavə gərginlik yarada bilər".
Hər il Beynəlxalq Münasibətlər Şurası dünyadakı hadisələrlə bağlı proqnozlarını nəşr edir. Burunla da Şura bu münaqişələrin ABŞ və onun maraqlarına necə təsir edəcəyini araşdırmağa çalışır. Şura ABŞ qarşısında olacaq riskləri daha yaxşı anlamaq üçün 2200-dən çox hökumət məmuru və xarici siyasət üzrə ekspertlərdən 2015-ci ilə dair proqnozları soruşub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam