Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sarkisyanın ermənilərə xəyanəti

 

Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın dünən Ermənistan parlamentinə gəlməsi Serj Sərkisyanın 10 ay qabaq işlətdiyi bir ifadəni gündəmə gətirib.
"Xeberinfo.com": Məlumata görə, Ermənistan prezidenti bu il yanvarın 31-də Praqada erməni icması ilə görüşən zaman Gömrük İttifaqına girmək qərarını bir gecədə verdiyini söyləmişdi. Praqa erməniləri “Niyə qərarı verərkən erməni xalqının fikrin öyrənmədiniz” deyə verdiyi suala cavab olaraq Sərkisyan bildirmişdi: “Mən bir gecədə sizin hamınızın fikrini öyrənə bilməzdim ki…”.
Erməni jurnalistləri bunun nə gecə olduğu barədə Ara Abramyana sual verdikdə o bildirib: “Mənim bu bəyanatdan xəbərim yoxdur. Bu qeyri-mümkündür. Mən bu prosesdə iştirak etmişəm, məsələ bir ildən çox müzakirə edilib”.
Bu məsələyə məqalə həsr edən erəməni qazeti “Joxovurd” yazır: “Abramyan Sərkisyanın günahını göstərdi, faktiki olaraq onun yalançı olduğunu sübut etdi. Ən azından o, beynəlxalq münasibətlər üçün əlverişsiz tərəfdaşdır. Avropa inteqrasiyası istiqamətində üç il danışıqlar aparıb, real addımlar atan Sərkisyan birdən-birə Avrasiya İtitfaqına girmək barədə vəd verib”.
Erməni mətbuatı, Sərkisyanın Avrasiya İttifaqına girmək barədə qərarı doğrudan da bir gecədə verdiyinə inanmaqda çətinlik çəkir. Şübhə etmir ki, sadəcə, onu bu qərarı verməyə Moskva məcbur edib.
Ermənistan, əslində, bu məsələdə “aldım-aldatdım” oyunu qurmuşdu. SSRİ-nin dağılmasından hələ 3 il qabaq - 1988-1989-cu illərdə Moskvanın yardımı ilə ordu quraraq Qarabağı ələ keçirdikdən sonra ruslara "ataraq" Avropa Birliyinə üz tutmaq istəyirdi. Amma Moskva ona bu addımın Ermənistanın dövlət müstəqilliyi üçün çox təhlükəli ola biləcəyini söyləyib. 
Hər halda, 2017-ci ildə İrəvan və Göyçənin Ermənistana icarəyə verilməsi üzrə 99 illik müqavilənin müddəti bitir. Azərbaycan beynəlxalq hüquq əsasında şəhəri geri istəyə bilər və Rusiyanın köməyi olmasa, bu, Ermənistan üçün böyük məğlubiyyətlə nəticələnə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam