Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ermənilərin təslim addımı

 

Ermənistanda uydurduqları soyqırım əfsanəsinin dünya səviyyəsində tanınacağına inananlar getdikcə azalır.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə erməni şərhçi Naira Hayrumyanın bu gün yazdığı məqalədə vurğulanır. Şərhçinin fikrincə, 100 illiyi qeyd edildikdən sonra “erməni soyqırımı” məsələsi arxa plana keçəcək və soyqırım məsələsinə siyasi qiymət verilməyəcək.
“Ya ermənilər məqamdan istifadə edərək səssizliyə son qoyacaqlar, ya da özlərini Rusiya ilə Türkiyə arasında bölünmüş azadlıqdan məhrum ərazi kimi tanıdacaqlar”, – deyə Hayrumyan vurğulayır.
Şərhçi məqaləsində bir sıra suallar qoyur ki, bu da dolayısı ilə ermənilərin soyqırım əfsanəsinin yalan olduğunu sübut edir. Müəllifin sözlərinə görə, indi Ermənistanın bir sıra yerlərində “100 ilin susqunluğu” adlı foto sərgi nümayiş etdirilir və bu bir sıra suallar doğurur. “Birinci sual odur ki, niyə ermənilər 100 il ərzində susublar? Kim onlara tələblərini açıq şəkildə səsləndirərək məhkəməyə çıxarmağa mane olub?” – deyə o suallar verib.
Daha sonra erməni biznesmeni Ara Abramyanın 2001-ci ildə məsələni beynəlxalq məhkəməyə çıxarmaq üçün hüquqi sənədlər toplamasını xatırladaraq növbəti sualla əvvəlki suallara cavab tapıb. “Niyə Ara Abramyanın təşəbbüsü yarımçıq qaldı? Bu prosesi kim dayandırdı?” – deyə Hayrumyan sual verir.
Cavab həm Ara Abramyana, həm də Naira Hayrumyana, həm də digər erməni baş bilənlərə gün kimi aydındır – sənədlər ermənilərə qarşı heç bir soyqırımın olmadığını ortaya çıxarır. Buna görə də təslim olduqlarını qəbul edərək geriyə addım atırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam