Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukrayna hərbçiləri geriyə addım

 

Ukrayna hərbçiləri Donetsk aeroportunun köhnə terminalını tərk etsələr də hava limanının özü üzərində nəzarətə malikdirlər.

"Xeberinfo.com": Bu haqda məlumatı Ukrayna silahlı qüvvələrinin nümayəndəsi deyib.

"Köhnə terminalda hərbçilərimizin müdafiəsi üçün mövqeləri qurmaq imkanının olmadığına görə, onlar həmin ərazini tərk ediblər. Demək olar ki, köhnə terminal artıq yoxdur”, - deyə BBC Ukrayna Xidmətinə danışan Aleksey Dmitraşkovski qeyd edib.

Son aylar ərzində Donetsk aeroportu şiddətli döyüşlərin səhnəsinə çevrilib.

Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko Donbas bölgəsində “süküt rejim”inin elan edildiyini bildirib.

Bu addım ölkənin şərqindəki separatçılarla əldə olunan və tez-tez pozulan atəşkəsə dəstək məqsədilə atılır.


Sentyabrda Ukrayna hökumətilə separatçılar arasında imzalanan atəşkəsə rəğmən şiddətli toqquşmaların arası tam kəsilməyib. BMT son 3 ayda davam edən qarşıdurmada minədək adamın öldürüldüyünü bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam