Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sədrdən “Böyük Sülh Sazişi”nə hazırlaşmaq çağırışı

 

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənnin xarici işlər naziri Didier Burkhalter Azərbaycan və Ermənistanı Böyük Sülh Sazişinə hazırlaşmağa çağırıb.

"Xeberinfo.com": APA-nın məlumatına görə, D. Burkhalter ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən 21-ci iclasının birinci iş gününün sonunda çıxışı zamanı Ukrayna böhranının və digər münaqişələrin mövcudluğu Avro-Atlantik və Avrasiya məkanı üçün ciddi təhlükə olduğunu qeyd edib.

O, Krımın Rusiya tərəfindən ilhaq olunması və Ukraynanın şərqində separatçıların dəstəklənməsinin yolverilməz olduğunu və bu məsələdə Avropanın birmənalı mövqe göstərdiyini vurğulayıb.

İsveçrənin XİN başçısı D. Burkhalter Moldovanın Dnestryanına yüksək muxtariyyət vermək barədə öhdəliyini dəstəklədiyini qeyd etsə də, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi ilə bağlı müzakirələrdə ortaq məxrəcə gəlməyin mümkün olmadığını deyib.

Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq, D. Burkhalter həmsədr ölkələrin bəyanatını dəstəklədiyini bildirib: “Mən bu bəyanatı bölüşürəm və tərəfləri Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün danışıqlara səsləyirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam