Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Rusiya prezidenti: “Boyun əyməyəcəyik”

 

Rusiya prezidenti Qərbin qurduğu tələlərdən danışdı

"Xeberinfo.com":  Rusiya prezidenti Vladimir Putin Qərbin Ukrayna ilə bağlı etdiyi təzyiqlərə boyun əyməyəcəklərini bəyan edib.Məlumata görə, Kremldə keçirilən Federasiya Şurasının iclasında Putin bu il üçün xarici və daxili siyasət, iqtisadiyyat, səhiyyə, milli təhlükəsizlik və təhsil sahələrində baş verənlərə münasibət bildirib.

Təxminən bir saat davam edən çıxışında Putin Krımın Rusiyaya ilhaqını tarixi hadisə sayıb:

“Krım və Sevastopol referendumla Rusiyaya birləşdi. Krım bizim üçün strateji əhəmiyyət daşıyır. Krım bizim üçün müsəlman və yəhudilərin Qüdsə verdiyi dəyərə bənzər müqəddəs dəyər daşıyır”.

Ukraynanın şərqində hökümət qüvvələrinin zorakılığına səssiz qalmayacağını bildirən Putin Qərbə də mesaj verməyi unutmayıb:

“Rusiyaya tətbiq olunan sanksiyalar səbəbindən Qərb tənqid olunmalıdır. Beynəlxalq hüququn bəzilərinin mənfəətlərinin olması qəbul edilə bilməz”.

Sanksiyaların Krımla əlaqəli olmadığı fikrində olan Rusiya prezidenti sanksiyaların yalnız ABŞ-ın bir reaksiyası verildiyini deyib: “Rusiyanın təsirini nəzarət altına almaq üçün başqa bəhanələr də tapa bilərdilər. Bəzi Avropa ölkələri üçün suverenlik və milli qürur unudulmuş bir dəyərdir. Ancaq Rusiya üçün tamamilə zəruri şərtlərdən biri olduğunu söyləmək istəyirəm”.

Rusiyanın silahlanma yarışında iştirak etmək niyyətində olmadığını deyən Putin bəzi ölkələrin Rusiyanın ətrafında dəmir pərdə hörməyə çalışdığını, ancaq ölkəsinin özünü müdafiə gücünə sahib olduğunu qeyd edib.

Putin Rusiyanın Qərb ilə əlaqələri bitirmək niyyətində olmadığını, xarici siyasətindəki prioriteti Şərq və Qərbin güclü ölkələriylə bərabər əlaqələrə verəcəyini bildirib.

Həmçinin, Rusiyanın düşdüyü ağır iqtisadi vəziyyətlə bağlı danışan Putin ölkəsinin dünyaya və xarici sərmayəçilərə açıq olacağını söyləyib.

Putin Rusiyanın qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün önəmli addımların atılacağını da sözlərinə əlavə edib.

Rusiyanın prioritetlərini sıralayan Putin ilk iki sıraya sağlam ailə və ölkə təhlükəsizliyini qoyub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam