Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Putindən Krımın işğalı ilə bağlı sensasion etiraflar

 

Vladimir Putin Krımı ilhaq etmək planının hazırlanması barədə göstərişi yarımadada referendum keçirlməsindən həftələr öncə verdiyini ilk dəfə olaraq etiraf edib.

"Xeberinfo.com":  Məlumata görə, Krım rəsmi olaraq Rusiyaya ötən il martın 18-də birləşdirilmişdi.

Rusiya televiziyasına danışan Putin “Krımı qaytarmaq” planı üzərində işə başlamaq göstərişini fevralın 22-də gecədən səhərədək davam etmiş iclasın sonunda verdiyini bildirib.

Rusiya prezidentinin təbirincə, həmin iclas Ukraynada prezident Viktor Yanukoviçin devrilməsindən sonra keçirilib.

Vladimir Putin ötən il etdiyi çıxışında bildirmişdi ki, yarımadada Krımla bağlı keçirilmiş gizli sorğunun nəticəsi əhalinin 80 faizinin Rusiyaya birləşməni dəstəklədiyini göstərdikdən sonra qəti qərarını verib.

Rusiya televiziyasının keçən ilin aprel ayında bildirdiyinə görə, sorğunun nəticələri martın 16-da keçirilmiş referendumda öz təsdiqini tapmışdı.

Rusiya televiziyasında yaxın vaxtlarda nümayiş etdiriləcək sənədli filmində Putin söyləyib ki, fevralın 22-dən 23-nə keçən gecə davam edən iclas devrilmiş Ukrayna prezidentinin xilas edilməsi planını hazırlamaq məqsədilə keçirilmişdi.

 

“Mən xüsusi xidmət orqanlarımızın rəhbərlərini və müdafiə nazirini Kremlə dəvət edib onlara Ukrayna prezidentini xilas etməyi tapşırdım. Onu Ukraynada sadəcə məhv etmək istəyirdilər” - Putin deyib.

“İclas təxminən səhər saat 7-də başa çatdı. Ayrılanda həmkarlarıma dedim ki, şərait bizi Krımı Rusiya tərkibinə qaytarmaq üzərində işə başlamağa məcbur edir” - Rusiya prezidenti bildirib.

Həmin sənədli filmin treyleri ötən bazar günü Rusiya televiziyası ilə nümayiş etdirilib.

Krımın ilhaq edilməsi təqvimi:

22 fevral - keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç zorakı etirazlardan sonra Kiyevi tərk edir.

23 fevral - Rusiya prezidenti Vladimir Putin Yanukoviçin xilas edilməsini və Krımın ilhaqını planlaşdırır.

27 fevral - rusiyapərəst silahlılar Krımda parlament binası və digər mühüm obyektləri ələ keçirirlər.

28 fevral - naməlum hərbi geyimli əsgərlər Krımda iki aeroportu nəzarət altına götürürlər.

1 mart - Rusiya parlamenti prezident Putinə Ukraynada hərbi qüvvələrdən istifadə etmək icazəsi verir.

16 mart - referendumda səs verənlərin 97 faizi Krımın Rusiyaya birləşməsini dəstəkləyir.

18 mart - prezident Putin Krımın Rusiya Federasiyasına birləşməsi barədə fərmanı imzalayır (BBC).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam