Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

5 ayda Gürcüstana 600 minə yaxın azərbaycanlı səfər edib

eliyevlerin-tiflisde-biznesi2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstanı rekord sayda turist ziyarət edib.

Xeberinfo.com:  “Sputnik-Georgia”ya xəbər verir ki, bu barədə qonşu ölkənin baş naziri Georgi Kvirikaşvili məlumat verib.

“Cari ilin 5 ayı ərzində Gürcüstana gələn turistlər və səyahətçilərin sayında rekord artım qeydə alınıb. 2016-cı ilin may ayına olan məlumata görə, xaricdən gələnlərin sayı 14,9%, Gürcüstanda 24 saat və ya daha artıq qalan turistlərin sayı isə 24,3% artıb. Bu çox müsbət göstəricidir” — deyə baş nazir bildirib.

Kvirikaşvilinin sözlərinə görə, Gürcüstana təkcə qonşu ölkələrin sakinləri deyil, Avropa İttifaqı dövlətlərindən də gəlirlər ki, bu da çox önəmlidir.

Milli Turizm Administrasiyasının məlumatına görə, son 5 ay ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib. Turist səfəri edənlərin sayı 782 min 814 nəfər təşkil edib. Ziyarət sayı baxımından qonşu ölkələrin sakinləri liderlik edir. Birinci yerdə 570 min 825 nəfərlə Azərbaycan qərarlaşıb. Onun ardınca 524 min 71 nəfərlə Turkiyə gəlir. Ermənistandan gələnlərin sayı 445 min 343 nəfər, Rusiyadan isə 303 min 678 nəfər təşkil edib.

Beşliyi Ukrayna (53 min 166 nəfər) bağlayır.

2015-ci ildə Gürcüstanın turizm sektorundan gəliri 1,94 milyon dollar təşkil edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam