Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Suriyada gərginlik

 

Suriyanın şimalında, Əl-Qaidənin bir qolu olan Əl-Nusra Cəbhəsi liberal müxalifət kimi tanınan qruplara hücum edib

 

"Xeberinfo.com": Məlumata görə, Əl-Nusra Cəbhəsi İdlibdə Ensar Ordusunun, Hamasda isə Haqq Briqadasının bazalarına hücum edib. Məlumata görə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) silahlandırdığı hər 2 qrup Əl-Nusraya təslim olub.
Qrupların ələ keçirilən silahları Ahar-uş Şam qruplaşmasının əlinə keçib. İddialara görə qrupların liderləri qaçaraq Türkiyəyə sığınıblar. Məlumat üçün bildirək ki, hər iki qrupun da ABŞ-ın Türkiyədə həyata keçirəcəyi təlim proqramında yer alması gözlənilirdi.
Beləliklə Azad Suriya Ordusunu İdbildən silən Əl-Nusranın qarşısında sadəcə Hamas şəhərində ABŞ-ın dəstəklədiyi bir müxalifət qrupu qalıb. Hazırda Əl-Nusra “İŞİD”-in nəzarətində olan ərazilər istisna olmaqla, Türkiyədən Suriyaya yardım gələ biləcək bütün yollara nəzarət edir.
Qeyd edək ki, Əl-Nusra lideri Əbu Məhəmməd əl Culani, Səudiyyə Ərəbistanı və ABŞ-la çalışdıqlarına görə Azad Suriya Ordusunu yox edəcəklərini açıqlamışdı.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam