Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İŞİD "Əl Qaida" ilə birləşdi

 

   "Xeberinfo.com": İraq və Şam İslam Dövləti" ("Əd Daulat əl İslamiya fil İrak və əş Şam", İŞİD) terrorçuları "Əl Qaida" terror təşkilatının Suriyadakı bölməsi olan "Cəbhat ən Nüsra" qrupu ilə birləşib.
 
Hər iki qruplaşmanın terrorçuları Suriya-İraq sərhədindəki Əbu Kamal şəhərində sədaqət andı içiblər.
 
"Cəbhət ən Nüsra"nın Əbu Kamal bölgəsindəki dəstələrinin lideri Əbu Yusif əl Məsri İŞİD komandirləri ilə görüşüb, danışıqlar aparıb. Bu görüşdə çəkilmiş fotolar internetdə yayılıb.
 
 Məlumata görə, İŞİD və "Cəbhat ən Nüsra" qruplaşmalarının birləşməsi sələfi ideologiyasının daşıyıcısı olan təkfirçi terrorçulara Suriya və İraq ərazisinin müəyyən qisminə, xüsusilə də Suriya-İraq sərhədinin bəlli hissəsinə tam nəzarət etməyə imkan verir.

Terrorçular Suriyadakı Əbu Kamal və İraqdakı Əl Kaim şəhərlərini əllərində saxladıqlarından iki dövlət arasındakı sərhədin kiçik də olsa, bəlli hissəsi artıq yox olub.
 
Bu iki qruplaşma rəqib və düşmən olsa da, hər ikisi sələfilər, radikal islamçılardan ibarətdir. İŞİD-lə "Cəbhat ən Nüsra"nın birləşməsi regiondakı digər terrorçu qruplaşmalarla qarşıdurmaları kəskinləşdirəcək.
 
2014-cü ilin fevralında "Əl Qaida"nın rəhbərliyi İŞİD-lə bütün əlaqələri kəsdiyini, bu qruplaşmanı dəstkləmədiyini bildirmişdi. Həmin vaxtdan bəri "Əl Qaida"nın Suriya və İraqdakı "rəsmi bölməsi" kimi "Cəbhat ən Nüsra" fəaliyyət göstərirdi. Bir qədər sonra isə Suriyada İŞİD-lə "Cəbhat ən Nüsra" və digər qruplaşmalar arasında amansız toqquşmalar başlamışdı.
 
İŞİD sıralarında 16500, "Cəbhat ən Nüsra"da isə 15 min terrorçu var.
Əl Arabiya isə bildirir ki, İŞİD-in "AlHayat Media Center"i ideologiyasını və fəaliyyətini təbliğ etmək üçün ingilis dilində "Islamic State Report" jurnalının nəşrinə başlayıb.
 
Eyni zamanda İŞİD sosial şəbəkələrdə aktivləşib, atributikasının və şüarlarının əks olunduğu aksessuarların satışına başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam