Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İranı ABŞ-la razı salmayan maddələr

 

İran Xarici İşlər naziri Cavad Zərif İran və "5+1" ölkələri arasında aparılan və daha 7 ay uzadılan nüvə müzakirəsi ilə bağlı razılaşdırılmayan məsələləri açıqlayıb.

 

 "Xeberinfo.com": Zərif  nüvə müzakirələri ilə bağlı 6 maddənin razılaşdırılmadığını, bunların içərsində sanksiyaların da olduğuu bildirilib.

 
Müzakirələrlə bağlı İranın Ali dini lideri Ayətullah Xamneyiyə göstərdiyi dəstəyə görə təşəkkür edən Zərif sentrifuqa sayı, ağır su reaktorlarının durumu, nüvə əməkdaşlığı, sanksiyalar və İranın kapital bazarına qoşulması tarixinin müəyyən edilməsi ilə bağlı razılığın əldə edilmədiyini vurğulayıb.

 
Son müzakirələrdə danışıqların bir həftə davam etdiyini xatırladan Zərif hər gün orta hesabla 7 saat iclas keçirildiyini qeyd edib:


 
"Müzakirələrdə Rusiya ilə 4, Almaniya, Böyük Britaniya və Fransa ilə 2, Çin, Avstriya və Almaniya ilə bir iclas keçirilib. Təxminən 80 saatda 39 görüş baş tutdu. Bu müddətin 10 saatı mütəxəssislərin görüşləri idi. Tərəflər arasında 18 noyabrda başlayan və 7 gün müddətində davam edən danışıqların 7 ay uzadılması qərara alındı. Bu müddətin ilk 4 ayında siyasi razılaşma və ya ümumi anlaşmaya nail olmaq üçün səy göstəriləcək. Bu bəlkə də daha tez ola bilər, son 3 ay da isə müqavilənin texniki və hüquqi detalları yazılacaq".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam